Vasim Məmmədəliyev adına təqaüd təsis ediləcək

Vasim Məmmədəliyev adına təqaüd təsis ediləcək backend

Qafqaz Müsəlmanları İdarəsi Vasim Məmmədəliyev adına təqaüd təsis edəcək.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, bunu “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransında Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov deyib.

O bildirib ki, təqaüd Azərbaycan İlahiyyat İnstitutunun yaxşı nəticələr göstərən 3 tələbəsinə təqdim olunacaq.

Rektor buna görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüslam Allahşükür Paşazadəyə təşəkkürünü bildirib.