Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib backend

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

Qazilər.az Report.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncamla bu vəzifəyə Vəlahəddin Yusif oğlu Yunsurov təyin olunub. O, icra hakimiyyətinin başçısının müavini - Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edəcək.

V. Yunsurov bu vəzifəyə qədər 4 saylı Ərazi Vergilər İdarəsində Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.