Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan tanınmış xanəndə İlkin Əhmədovdan xəbər var.
Musavat.com bildirir ki, xanəndə öz İnstagram səhifəsində aşağıdakıları qeyd edib:"Yolumuz Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya və Şuşayadır. Düz 68 gün öncə bu şərəfli libası geyinərək, haqq savaşımızda iştirak etmək üçün yola çıxdım. İndi isə hər daşında, qayasında Azərbaycan bayrağı dalğalanan, azadlığına qovuşan müqəddəs torpaqlarımıza gedirəm. Uca Tanrı xalqımızı və ordumuzu qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin. Allah vətənini, elini sevən və bu əzmkar, dəyanətli, qeyrətli xalqın sevgisini qazanan cənab Prezidentimizi hifz eləsin”.