Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib backend

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kəlbəcər rayonunun isğaldan azad olunması münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Qaziler.az paylaşımı təqdim edir:

"Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"