Nazirliyin zavodunda yaralanan 3 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib

Nazirliyin zavodunda yaralanan 3 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib backend

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Telemexanika” zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan 3 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib.


Respublika Yanıq Mərkəzindən APA-ya verilən xəbərə görə, bunlar 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı və 1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızıdır.

Mərkəzdən onu da bildiriblər ki, yaralıların hamısı reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti ağır olaraq qalır.
Diaspora