Bu quyudan hər gün 74 ton neft və 16 min kubmetr qaz hasil olunacaq

Bu quyudan hər gün 74 ton neft və 16 min kubmetr qaz hasil olunacaq backend

Bu günlərdə “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündən 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.



Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2909-2888 metr intervaldan gündəlik 74 ton neft və 16 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Diaspora