Müdafiə Sənayesi Nazirliyi zavoddakı partlayışın səbəbini açıqladı

Müdafiə Sənayesi Nazirliyi zavoddakı partlayışın səbəbini açıqladı backend

Müdafiə Sənayesi Nazirliyi "Telemexanika" zavodunun sexlərindən birində baş vermiş partlayışla bağlı məlumat yayıb.


QAZİLER.AZ saytı Trend-ə istinadən xəbər verir ki, nazirliyin məlumatında deyilir ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.
Diaspora