Bakı "İnter"indən ayrılan müdafiəçi Laşa Salukvadzenin yeni komandası müəyyənləşib. Qol.Az-ın məlumatına görə, gürcü futbolçu karyerasını vətənində davam etdirəcək.
33 yaşlı futbolçu son Gürcüstan çempionu "Dila" ilə müqavilə imzalayıb.
Qeyd edək ki, 2013-2015-ci illərdə "İnter"də çıxış edən Salukvadze keçirdiyi 53 oyunda 1 qol vurub.