Zavodda baş vermiş partlayışda yaralanan 19 nəfərdən 13-ü evə buraxılıb

Zavodda baş vermiş partlayışda yaralanan 19 nəfərdən 13-ü evə buraxılıb backend

Bu gün Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 təcili tibbi yardım briqadası cəlb olunub. QAZİLER.AZ xəbər verir ki, Lent.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən məlumatına görə, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıblar. Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub.

Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.

Diaspora