TƏBİB hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün noyabrın 16-da COVID-19 testi götürülüb.
Qazilər.az bildirir ki, TƏBİB-dən verilən məlumata görə, testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVİD-19 virusu aşkar edilib.Bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib: "Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib. Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya-«Yeni Klinika» tibb müəssisəsinə yerləşdirilib".