Bu gün saat 13:30 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında işıqlar sönüb.
Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.N.Paşayev qeyd edib ki, işıqların sönməsinə səbəb gərginliyin düşməsi olub: “Gərginliyin düşməsi səbəbindən stansiyada işıqlar sönüb, eskalator dayanıb”.
QSC rəsmisi əlavə edib ki, işıqların sönməsi qatarların hərəkətinə heç bir təsir göstərməyib.