Nizami Kino Mərkəzində dəstək aksiyasına start verildi

Nizami Kino Mərkəzində dəstək aksiyasına start verildi backend

04 iyul 2015-ci il tarixində Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Elçin Musaoğlunun "Nabat" filminin nümayişi və rəssam Səyyar Əliyevin rəsm sərgisi keçirilib.


Tədbirin keçirilməsində əsas məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağının daha da artırılmasıdır.

Aksiyanın sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Həmçinin, "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.

Keçiriləçək növbəti tədbirlərin tarixi və saatı haqqında ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən əldə etmək mümkündür.
Diaspora