Sabiq nazir Fərhad Əliyevin oğlu ön cəbhədə - FOTO

Sabiq nazir Fərhad Əliyevin oğlu ön cəbhədə - FOTO backend

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev 27 sentyabr – 10 noyabr tarixləri arasında 44 gün davam edən Vətən müharibəsində iştirak edib.

Modern.az-ın məlumatına görə, bu barədə Əliyevlər ailəsinin yaxınları bildiriblər. Y.Əliyevin hazırda da ön cəbhədə xidmətə davam etdiyi qeyd olunur.

Xatırladaq ki, Fərhad Əliyev 2001-2005-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri vəzifəsində işləyib. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Hazırda biznes sahəsində fəaliyyət göstərir.
Diaspora