Zabit Səmədov “Kuruluş Osman”da oynamaq üçün qılıncla məşqlərə başladı

Zabit Səmədov “Kuruluş Osman”da oynamaq üçün qılıncla məşqlərə başladı backend

Azərbaycanın tanınmış idmançısı Zabit Səmədov Türkiyənin ən reytinqli tarixi seriallarından olan “Kuruluş Osman”da yer alacaq.

O artıq qılıncla döyüşmək üzərində məşq edir, at çapır.

Kikboksçunun özü Oxu.Az-a açıqlamasında hələ rolunun nədən ibarət olacağını bilmədiyini söyləyib:

“Rejissor Mehmet Bozdağ bunu sürpriz olaraq saxlayıb. Heç mənə də demir. Amma çəkilişlər bu aydan etibarən başlayacaq”.