Tarix fənnindən kəsildiyi üçün diplom ala bilməyən əsgərimizə universitetdən CAVAB GƏLDİ

Tarix fənnindən kəsildiyi üçün diplom ala bilməyən əsgərimizə universitetdən CAVAB GƏLDİ backend

Dünən sosial şəbəkələrdə cəbhə bölgəsindən videosu yayılan Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi olmuş Daşdəmirov Xəzər Asif oğlu ilə bağlı universitet açıqlama yayıb.

Qazilər.az bildirir ki, sözügedən videoda adı çəkilən universitetin prorektou Günhan Hüseynli “Qafqazinfo”ya açıqlamasında, “Mənə salam göndərən əsgərimizə eşq olsun”, - deyərək universitet rəhbərliyinin Xəzər Daşdəmirovla bağlı müsbət qərar verdiyini və tezliklə məsələnin həll olunacağını bildirib.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımızı və əsgərlərimizi qorusun. Qarabağ Azərbaycandır!”, - deyə G. Hüseynli qeyd edib.