Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının komandanı ilə görüşüb backend

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.