Ünvanlı sosial yardımın müddətinin artırılması təklif olunub

Ünvanlı sosial yardımın müddətinin artırılması təklif olunub backend

Azərbaycanda dövlət tərəfindən verilən ünvanlı sosial yardımın müddəti artırılacaq.

APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “Ünvanlı dövlət sosial yardım” haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, qanunun 8-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə yox, 2 il müddətinə təyin olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Diaspora