Qarabağın işğaldan azad edilməsini azərbaycanlılar böyük sevinc və coşqu ilə qeyd edirlər.
Bu böyük hadisəni fərqli şəkildə qeyd etməyə çalışanlar da var. Hətta o gün üçün qurban deyənlər, əhd edənlər də var..."Qarabağ qaziləri" ictimai birliyi Sumqayıt filialının sədri Elşən Mustafayevin Qaziler.az-a verdiyi məlumata görə, o, bu gün Şəhidlər xiyabanında olarkən maraqlı mənzərə ilə qarşılaşıb.
"Bu gün Şəhidlər xiyabanını ziyarət edirdik. Orada bir qadının şəhid qəbirləri arasında dizin-dizin süründüyünü gördüm. Səbəbini soruşdum. Qadın bildirdi ki, əhdinə çatdığına görə bu qəbirlərin başına dolanır. "Əhd eləmişdim ki, Qarabağ işğaldan azad olunduğu gün Şəhidlər xiyabanına gedib dizin-dizin sürünəcəm. O gün bu gün idi və mən arzuma çatdım"-deyə qadın bildirdi"".