Bakıda əsən güclü şimal küləyi sabahdan mülayimləşəcək

Bakıda əsən güclü şimal küləyi sabahdan mülayimləşəcək backend

Bakıda müşahidə olunan güclü şimal küləyi iyulun 5-dən mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturunun gecə 20-25, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx və Sahildə isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyulun 5-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 isti olacaq.
Diaspora