10 şəhər və rayonda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq - RƏSMİ

10 şəhər və rayonda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq - RƏSMİ backend

Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Qazilər.az bildirir ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaqdır.