Azərbaycanlı pilot Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində birinci olub

Azərbaycanlı pilot Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində birinci olub backend

Azərbaycanlı pilot Gülhüseyn Abdullayev Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində “RMC DD 2” kateqoriyası üzrə birincilik qazanıb. Yarışlar iyunun 27-28-də İzmit Körfəz Yarış Pistində keçirilib.



Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, beş kateqoriyada keçirilən yarışda 23 idmançı mübarizə aparıb. G.Abdullayev sıralamada və üç yarışda birinci olaraq, ümumi nəticədə 3-cü mərhələnin “RMC DD 2” kateqoriyası üzrə qalibi olub. Berk Durak ikinci, Mehmet Çınar isə üçüncü yer tutub.

Ümumilkdə altı mərhələdən ibarət Türkiyə Kartinq Çempionatının dördüncü yarışları avqustun 15-16-da Uşak şəhərində keçiriləcək.
Diaspora