Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir

Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir backend

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadəsi ilə bağlı paylaşım edib:

“Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir. Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib”.