Azərbaycanda son sutkada 1242 nəfər COVID-19-a yoluxub, 551 nəfər sağalıb

Azərbaycanda son sutkada 1242 nəfər COVID-19-a yoluxub, 551 nəfər sağalıb backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaziler.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.