QAZİLER.AZ saytı xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd VƏKİLOV Şamaxı Rayon Məhkəməsinin hakimi Təranə Huseynova və Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı barəsində Məhkəmə Hüquq Şurasına şikayət verib.
S.Vəkilovun sözlərinə görə, 09 aprel 2015-ci il tarixdə nümayəndəsi olduğu E.Həsənovanın barəsində Şamaxı Rayon Məhkəməsinin sədri Təranə Huseynova tərəfindən çıxarılmış məhkəmə qətnaməsini 3 ay vaxt keçməsinə baxmayaraq, tərəfə təqdim etməmişdir, həmçinin Lerik Rayon Məhkəməsinin sədri Təyyar Abbaslı nümayəndəsi olduğu Amin İsmayılov barəsində çıxarılmış 25 dekabr 2014-cü il tarixli məhkəmə qətnaməsini tərəfə təqdim etməməsi səbəbindən hər iki şəxs barəsində MHŞ-nın elektron poçtuna şikayət ərizəsi ilə müraciət etmişik.MHŞ tərəfindən dərhal reaksiya verilib, yol verilmiş qanun pozuntusunun aradan qaldırılması ilə bağlı tədbir görülüb. Hakimlər barədə intizam icraatı başlayıb - başlanılmayacağı barədə hələ ki, məlumat verilməyib.