Robert Sekuta: Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilini müzakirə edəcəklər

Robert Sekuta: Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilini müzakirə edəcəklər backend

"Hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri müzakirə edilir. Səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə məsələ də müzakirə olunacaq".


QAZİLER.AZ saytının Trend-istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda ölkəsinin müstəqilliyinin 239-cu ildönümünə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, görüş baş tutsa, dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yollarını müzakirə etmək imkanı ola bilər.
Diaspora