Gəncə şəhər stadionunun ərazisində yeni futbol meydançaları salınır

Gəncə şəhər stadionunun ərazisində yeni futbol meydançaları salınır backend

Gəncə futbolunun mövcud vəziyyəti peşəkar klubla yanaşı, uşaq futbolunun durumuna da təsizsiz ötüşməyib. Maddi-texniki bazanın zəifliyi uşaq futbolunun inkişafını ləngidən səbəblərdən biri olub.

Şəraitsizliklə barışmayan neçə-neçə perspektivli uşaq və yeniyetmə əlverişli şərtlər altında futbol oynamaq üçün digər klublara üz tutub. Hazırda “Qəbələ”, “Qarabağ” və paytaxt komandalarının tərkibində onlarla belələri çıxış edir. Onlar arasında Nicat Verdiyevi də göstərmək olar. 14 yaşlı müdafiəçi “Qəbələ” Futbol Akademiyasının üzvüdür. 11 yaşında Gəncəni tərk edən Nicat əyalət klubunun şərəfini qoruduğu illərdə Azərbaycan çempionu və Elit Kubokunun qalibi olub.

İndi “Kəpəz” klubunun rəhbərliyinin qarşısında duran əsas vəzifələrdən biri gəncəli uşaqların elə Nizami yurdunda futbolla məşğul olmasını təmin etməkdir. Bunun üçün ilk növbədə şərait yaratmaq lazımdır.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, artıq bu istiqamətdə işlərə start verilib. Şəhər stadionunun ərazisində yeni meydançaların salınmasına başlanılıb. İlk olaraq 10 il öncə AFFA tərəfindən salınan və illərlə yükləmədən dolayı sıradan çıxan kiçikölçülü meydanın süni örtüklü qazonu dəyişdirilib. Futbol oynamağa imkan verməyən köhnə örtük müasir standartlara cavab verən qazonla əvəzlənib.

İşlər şəhər rəhbərliyinin AFFA ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.

Gələcəkdə Gəncə şəhər stadionunun ərazisində əlavə olaraq müxtəlif ölçülü süni örtüklü bir neçə meydançanın salınması planlaşdırılıb.
Diaspora