İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsev dəfn olunub.
APA-nın məlumatına görə, hərbçimiz II Fəxri xiyabanda torpağa tapşırılıb.***
12.42
İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi davam edir.
APA-nın məlumatına görə, hərbçimizin cənazəsi Müqəddəs Jen-Mironosits Rus-Pravoslav kilsəsinə aparılıb. Kilsədə dini ayin keçirilib, dualar oxunub.
***
10.40
İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, vida mərasimi şəhidin evinin önündə təşkil edilib.



















