Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.Azərbaycanda indiyədək ümumilikdə 48221 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 40831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib, aktiv xəstə sayı 6734 nəfərdir.