Biz koronavirusa yoluxma ilə bağlı elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın. Ona görə də tədbirləri davam etdirməliyik.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.Karantin rejiminin hələ davam etdiyini xatırladan N.Mürsəlova qeyd edib ki, xüsusi məqamlara diqqət yönəldilməlidir: "Bu gün bizə sağlam hərbçilər lazımdır. Biz də gərək arxa cəbhədə - paytaxtda, rayonlarda oturaraq öz sağlamlığımıza fikir verək ki, xəstələnərək ətrafdakı insanlara bu virusu yoluxdurmayaq".