Vətəndaşların Azərbaycan Silahlı Qüvvələrinə ianələri davam edir.
Əslən Zəngilandan olan, 95 yaşlı İkinci Dünya Müharibəsi və Dövlət Təhlükəsizliyi Xidməti veteranı, istefada olan polkovnik-leytenant Süleymanlı Bəxtiyar İbrahim oğlu təqaüdündən topladığı 10 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb. (oxu.az)