Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi backend

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.

Qazilər.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, bəzi vətəndaşlar sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur və hərbçilərimizin həyatına təhlükə yarada bilər:

"Ona görə də yalnız rəsmi məlumatların yayılması məsləhətdir. Vətəndaşlardan xahiş edirik ki bu məsələdə diqqətli olsunlar, hərbi sirr olan və təsdiqlənməmiş məlumatlar paylaşmasınlar.

Azərbaycan Ordusu tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Qələbə bizimlədir".