2015-ci ilin iyun ayı ərzində 4 220 998 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 22 605 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 487 minaaxtaran mütəxəssis, 116 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 291 404 465 kvadrat metr ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 712 877-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin iyun ayı ərzində iki mina/PHS hadisəsi qeydə alınıb.