Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüblər.
Qaziler.az bildirir ki, nazirlikdən verilən məlumata görə, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.

