Bakı-Rodos-Bakı aviareysi ləğv edilib. QAZİLER.AZ saytının Trend-ə istinadən məlumatına görə, Yunanıstanın Rodos adasına reysin ləğv edilməsi barədə qərar yerli aviaşirkət tərəfindən verilib.
Reysin ləğv edilməsinə əsas səbəblər Yunanıstana vizanın əldə edilməsi ilə bağlı yeni qaydalar, bu ölkənin bank sistemindəki böhranlı vəziyyət olub.
Digər səbəb isə bu istiqamət üzrə tələbatın aşağı olmasıdır.