Opera və Balet Teatrında mövsümün son tamaşası

Opera və Balet Teatrında mövsümün son tamaşası backend

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mövsümün son səhnə əsəri – italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operası nümayiş olunub.QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə teatrdan Trend-ə verilən məlumatda bildirilir.



"Traviata" teatrın repertuarındakı ən populyar və sevilən tamaşalardandır.

Dahi bəstəkarın fransız yazıçısı Aleksandr (oğul) Dümanın “Kameliyalı qadın” romanı əsasında yazdığı operanın ruhu təzələyən musiqisi hər bir dinləyicinin qəlbinə yol tapır.

Tamaşaya Xalq artisti Cənnət Səlimova quruluş verib, səhnə tərtibatçısı Xalq rəssamı Tahir Tahirovdur.

Operada partiyaları teatrın aparıcı aktyorları oynayıblar.
Diaspora