"Nə mən, nə də digərləri Gəncədən heç bir yerə getmirik"

"Nə mən, nə də digərləri Gəncədən heç bir yerə getmirik" backend

Gəncədə yaşayan xalq artisti Şahnaz Haşımova da mənfur düşmənin Gəncəni raket atəşinə tutmasından danışıb.

O bildirib ki, bu hadisələr gəncəliləri qətiyyən qorxutmur:

"Düşmən artıq azğınlaşıb, inanıram ki, ordumuz onlara layiqli cavab verəcək. Bu hadisələr düşmənə nifrət hissini daha da artırır. O ki, qaldı Gəncəlilərə.. Gəncədən heç bir yerə heç kim getmir, mən də getmirəm! Dövlət başçımıza inanırıq, ordumuza güvənirik, qələbə bizimlədir. Qarabağ Azərbaycandır!"