"Moskvada texniki fasilələr də nəzərə alınmaqla, danışıqlar 11 saat davam edib. Ermənistan görüş zamanı o qədər mənasız, texniki məsələlər qaldırdı ki, onlara görə çox vaxt gedirdi".
Qazilər.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Moskva görüşünün uzun çəkməsini şərh edərkən deyib.O qeyd edib ki, Ermənistan tərəfi əhəmiyyətsiz şərtlər irəli sürürdü, lakin onların heç birini qəbul etmədik. Nazir əlavə edib ki, görüş zamanı texniki fasilələr verilirdi, məsləhətləşmələr aparılırdı.
"Bu tələblər o qədər mənasızdır ki, bunun üzərində dayanmağa dəyməz", - deyə nazir bildirib.