Bizi Azərbaycanla təkbətək qoydular.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan erməni mediasına müsahibəsində deyib.O bildirib ki, Azərbaycan Ordusunun onları məğlub etdiyini unuda bilərlər, ancaq “dostlar”ının onları tək qoyması hər zaman kədərlə xatırlanacaq:
“Çünki dostlarımızın köməyinə ən çox ehtiyac duyduğumuz zaman onların laqeydliyini gördük. Bu, bizim içimizdə yara açdı”.
Qeyd edək ki, 90-cı illərdə üçüncü qüvvələrin yardımı ilə ordusu olmayan və yenicə müstəqillik qazanmış Azərbaycanın ərazilərini işğal edən, Xocalı kimi dəhşətli qətliam törədən, bir milyondan artıq insanı qaçqın-köçkünə çevirən Ermənistan indi Azərbaycanla “təkbətək” qalmasından şoka düşüb.