Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Ramiz Novruz əsgərlərə müraciət ünvanlayıb.
Aktyor bu haqda Moderator.Az-a danışıb:“Teatrda aktyor olaraq öz funksiyamızı necə lazımdır yerinə yetiririk. Mən həm də aktyorluqdan da əlavə pyeslər yazıram. Mənim bir yazım var idi, “Hələ sevirəm deməmişdilər”.. Bu ithaf olunmuşdu həmin uşaqlara ki, heç bir qıza könlünü açmadan cəbhəyə getmişdilər, mən indi üzümü tuturam o uşaqlara, bizim əsgərlərimizə deyirəm ki, bilin ki, televizorda əsgər görəndə "ata" deyib əlini uzadan uşaq sizi gözləyir. Həyat yoldaşlarınız.. Heç kimə hələ sevirəm deməmişəm demədən cəbhəyə getmiş cavanlarımız.. Həmin qız, sevirəm deyəcəyiniz qız sizi gözləyir. Sizə sevirəm demək istəyənlər sizi gözləyirlər. Biz onsuz da qalib gələcəyik, belə başlamışıqsa şübhə yoxdur, bir az da özünüzü qoruyun”.