Bu gün dəyərli insan, müəllim, müharibə veteranı, Şəhid atası, üç oğlu ilə birgə səngərdə düşmənə qarşı döyüşən Hacı Əkbər Rüstəmovun ad günüdür. Bu münasibətlə vətənpərvər mahnılar ifaçısı Şəmistan Əlizamanlı onu təbrik edib.
Təbrikdə deyilir: Gözəl insan, böyük vətənpərvər ziyalı. Həyatda nə qədər gözəl sözlər var sizə aiddir, Əkbər müəllim. Sizi müharibə illərindən tanıyıram. Nə yaxşı ki,sizin kimi hamıya örnək ola biləcək insanlarımız var. Allah sizə uzun ömür versin. Təbrik edirem! Böyük hörmət və ehtiramla...Şəmistan Əlizamanlı
Qaziler.az saytı da Əkbər müəllimi təbrik edir, ona uzun ömür can sağlığı və ən əsası ömrünün qalan hissəsini doğma Qarabağımızda yaşamağı arzulayır!