Daşkəsən rayonunda 3 istiqamət üzrə turist marşrutu təsdiq edilib. QAZİLER.AZ bildirir ki, Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Rayonun bir sıra kəndlərində tarixi abidələrə marşrut cədvəlləri tərtib edilib. Daşkəsəndə 73 memarlıq və arxeloji abidə var ki, bunlardan da 46-sı dövlət tərəfindən qorunur. Eramızın IV-V əsrlərinə aid alban abidələrinə maraq böyükdür”, - deyə Daşkəsən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Hacı Məmmədov bildirib.Onun sözlərinə görə, bu il Daşkəsənə 280 turist gəlib ki, bu da ötən ilin göstəricisindən 20-30% çoxdur. Onların 90%-i yerli turistlərdir.