Azərbaycan yeni əraziləri AZAD ETDİ - Prezident açıqladı

Azərbaycan yeni əraziləri AZAD ETDİ - Prezident açıqladı backend

Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir.

Qazilər.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsindəki paylaşımda deyilir.

Paylaşımda bildirilir: "Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!".