Azərbaycanda daha 20 şagirddə koronavirus aşkarlandı

Azərbaycanda daha 20 şagirddə koronavirus aşkarlandı backend

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, oktyabrın 3-də 13 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 20 şagird və 16 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 4 olub.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 27 olub.