“Azəriqaz”ın baş direktoru Tərtər, Ağdam, Füzulu rayonlarında - FOTO

“Azəriqaz”ın baş direktoru Tərtər, Ağdam, Füzulu rayonlarında - FOTO backend

Məlumat verdiyimiz kimi “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan strateji obyektlərin, kommunikasiyaların, infrastrukturun, partlayış təhlükəli obyektlərin, rabitə sistemi və şəbəkələrin, qazın nəqlinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün “Azəriqaz” İB-də 7/24 rejimində fəaliyyət göstərən Qərargah yaradılıb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyində yaradılmış qərargahdan məlumat verilib.

Bildrilir ki, Qərargahın fəaliyyəti və cəbhə zonasında vəziyyətin nə yerdə olduğu ilə maraqlanmaq üçün “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Tərtər, Ağdam, Füzulu rayonlarında olublar. Yerlərdə qaz təsərrüfatına dəyən ziyan araşdırılıb və yerli icra orqanları ilə görüşməklə əlaqəli iş rejiminin qurulması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Birliyin rəhbərliyi sakinlərlə də söhbətləşərək, qaz təchizatında yaranmış müvəqqəti çətinliklərin tezliklə aradan qaldırılacağını, növbəti görüşlərin yaxın zamanlarda işğaldan azad olunacaq torpaqlarda baş tutacağına əmin olduqlarını ifadə ediblər.

Əlavə olaraq qeyd edək ki, hazırda Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər və Bərdə rayonları üzrə ümumi abonentlərin 69 %-i təbii qazla təmin olunur, 31 % abonentin isə təhlükəsizlik tədbiri olaraq qaz təchizatı məhdudlaşdırılıb. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi və Tərtər rayonunun hazırda ümumiyyətlə qaz təminatı dayandırılıb.

Düşmənin mülki əhalini, yaşayış məntəqələrini atəşə tutması nəticəsində Birliyin bölgədə fəaliyyət göstərən struktur bölmələrinin nəqliyyat vasitələrinə və binalarına da ziyan dəyib. Dünən gecə düşmənin atdığı mərmilər Goranboy rayonun qaz təsərrüfatına məxsus xidməti binanı və xidmət rəisinin avtomobilini ciddi zədəliyib.
Diaspora