Düşmənə növbəti dəfə xəbərdarlıq edildi

Düşmənə növbəti dəfə xəbərdarlıq edildi backend

Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Qazilər.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.

Düşmənə növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.