Xaçmazın Axtala kəndində işıq problemi -REPORTAJ

Xaçmazın Axtala kəndində işıq problemi -REPORTAJ backend

Xaçmaz rayonunun Axtala kənd sakinləri hər gün televiziya proqramlarına baxmaq üçün bu proseduru keçməlidirlər. Əks təqdirdə, bu, onlara baha başa gələ bilər. Çünki zəif elektrik enerjisi televizorun sıradan çıxması ilə nəticələnir.


Kənd sakinləri deyir ki, onlar bir neçə ildir bu problemlə üzləşiblər. Bu üzdən onlara məxsus televizor, soyuducu və müxtəlif avadanlıqlar tez-tez sıradan çıxır.

Sakinlərin sözlərinə görə, kənddə elektrik təsərrüfatı ötən əsrin ortalarında qurulub. Həmin vaxtdan bəri yaşayış məntəqəsində evlərin sayı və elektrik enerjisinə tələbat artıb. Məhz buna görə işıqlar zəif olur.

"Azərişıq" ASC-nin Şimal Regional Enerji Təchizatı İdarəsindən APA TV-yə verilən məlumata görə, hazırda Xaçmaz və Xudat şəhərlərinin elektrik enerjisi təsərrüfatının yenilənməsi prosesi sürətlə davam etdirilir. Bu vaxta kimi artıq 13 transformator quraşdırılıb və kabelləşmə aparılıb. Bu ilin sonuna kimi bu işlərin yekunlaşması planlaşdırılır. İdarədən bildirilib ki, Axtala kəndində mövcud vəziyyət araşdırılacaq və əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün qısa zamanda işlər görüləcək.


Diaspora