Bu ilin avqust ayına genişzolaqlı internet sürətinə görə Azərbaycan (22,29 Mbps) reytinqdə 3 pillə irəliləyərək 174 dövlət arasında 111-ci yerdə qərarlaşıb.
“Report” "Ookla" şirkətinə məxsus olan ən böyük internet sürətini müəyyənləşdirən saytlarından biri olan “SpeedTest” saytına istinadən xəbər verir ki, mobil internetdə isə Azərbaycan 4 pillə irəliləyərək (32,99 Mbps) 61-ci yerdə qərarlaşıb.Məlumata görə, ilk üçlükdə Sinqapur (218,07 Mbps), Honkonq (205,69 Mbps) və Rumıniya (175,39 Mbps), siyahının son pillələrində isə Türkmənistan (3,56 Mbps), Əlcəzair (3,92 Mbps) və Yemən (4,35 Mbps) qərarlaşıb.