Bu gecə kompüterlərinizi 5 dəqiqəlik söndürün! - XƏBƏRDARLIQ

Bu gecə kompüterlərinizi 5 dəqiqəlik söndürün! - XƏBƏRDARLIQ backend

Bu axşam saat 23:59:59-da dünya saatı 1 saniyə irəli çəkiləcək. QAZİLER.AZ-ın APA TV-yə istinadla xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin bununla bağlı yaydığı xəbərdarlıqda qeyd olunur ki, bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.

“Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə edilən dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxıb. Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhv kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər” - deyə məlumatda vurğulanıb.

Bununla bağlı mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.

Qeyd edək ki, saatlara əlavə saniyə ilk dəfə 1972-ci ildə, axırıncı dəfə isə 2012-ci ildə əlavə edilib. Builki əlavə tarixdə 26-cı olacaq.

Diaspora