Xəbər verdiyimiz kimi, dünən “Bulvar” otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Mərasimdə Prezident İlham Əliyev, xanımı-“Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.Gənclər və idman naziri Azad Rəhimov idmançılarla prezidentə sürpriz hazırlayıb. Nazirin hazırlatdığı videoda oyunların ən maraqlı anları toplanıb.