Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin SAYI

Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin SAYI backend

İndiyədək 310 şagird koronavirusa yoluxub, bu şagirdlərdən biri məktəbdə, qalanları ev daxilində yoluxub.

Qazilər.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma halı baş verməyib: "Amma müəllimlər arasında Qubanın Qanqan kəndində Sumqayıtdan gələn bir müəllim digər müəllimləri də yoluxdurub".

E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən qismən tədrisin bərpasına başlanılıb. 5-11-ci sinif şagirdləri onlayn dərslərə qoşulublar.

Nazir qeyd edib ki, 700-dən artıq könüllü məktəbdəki proseslərin icrasına qoşulub, uşaqların hərarəti ölçülür: "Yoluxma vəziyyətinə görə distant təhsil sisteminə keçmiş siniflər gələn həftədən məktəbə gəlməyə başlayacaqlar. Hazırda 19 sinif əyani formadan distant təhsilə keçərək dərs keçir".

Nazir qeyd edib ki, cəbhədəki vəziyyətə görə 3 rayonda bütün məktəblər fəaliyyətini dayandırıb.